Zerrin Özerin sürücüsü keçmiş qayınanası ilə eşq yaşayır

Zerrin Özerin sürücüsü keçmiş qayınanası ilə eşq yaşayır

03.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Müğənni Zerrin Özerin fırıldaqçı olduğu üçün boşandığı Murat Akıncının anası ilə bağlı yeni iddia ortaya atılıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, qadının ifaçının sürücüsü ilə gizli eşq yaşadığı bildirilib.

Ötən ilin iyununda Murat Akıncıya ərə gedən Özer ərinin fırıldaqçı olduğu üçün 36 saat sonra boşanmışdı. Müğənni uzaqlaşdırma qərarı aldığı özündən 27 yaş kiçik Akıncıyla barışıb.

Müğənni keçmiş əri və qayınanası ilə Zekeriyaköydəki evində qalır. Zerrinin illərdir köməkçisi olan evli və 3 uşaq atası Nail Çetinalpin Akıncının anası Sevilay Ünalla səmimi görüntüləri ortaya çıxıb.

Çetinalp bir ildir maaş alamadığı Özerə borc da verib. Müğənniyə zamin dayanan sürücüsü ilə sonra arasında problem yaşanıb. O, hazırda ifaçı ilə küsülüdür.

Share