Lənkəranda partlayış baş verib, ölən və yaralanan var

Lənkəranda partlayış baş verib, ölən və yaralanan var

01.01.1970 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

 

Lənkəranda baş verən partlayış nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Liman şəhəri ərazisində təkərlərin təmiri sexində qeydə alınıb. 

Qaynaqçı, şəhər sakini, 1981-ci il təvəllüdlü Anar Ağamusa oğlu Ağakişiyev yük maşınının təkərini təmir edən zaman ehtiyatsızlıq nəticəsində güclü partlayış baş verib. 

Anar Ağakişiyev aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib. 

A.Ağakişiyevin köməkçisi, 1979-cu il təvəllüdlü Eldəniz Malik oğlu Şükürov isə hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. 

Hazırda reanimasiya şöbəsində müalicə alan E.Şükürovun vəziyyəti ağırdır. 

Faktla bağlı araşdırma aparılır.

 

Share