Çexiya hökuməti fövqəladə vəziyyət rejimini uzatmağı planlaşdırmır

Çexiya hökuməti fövqəladə vəziyyət rejimini uzatmağı planlaşdırmır

04.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Çexiya hökuməti ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq edilən fövqəladə vəziyyət rejimini uzatmağı planlaşdırmır.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bunu “Nova” telekanalının efirində ölkənin baş naziri Andrey Babiş deyib.

A.Babiş bildirib: “Fövqəladə vəziyyət rejiminin uzadılması barədə məsələni gözdən keçirmirik”.

Qeyd edək ki, Çexiyada fövqəladə vəziyyət rejimi martın 12-si tətbiq edilib. Fövqəladə vəziyyət rejiminin müddəti mayın 17-si bitir.

Çexiyada 7 764 yeni növ koronavirusa yoluxma halı qeydə alınıb, 245 nəfər ölüb, 3 584 nəfər isə sağalıb.

Share