Yeni Zelandiyada ötən sutka koronavirusa yoluxma qeydə alınmayıb

Yeni Zelandiyada ötən sutka koronavirusa yoluxma qeydə alınmayıb

04.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Yeni Zelandiyada ötən sutka ərzində yeni növ koronavirusa yoluxma halı qeydə alınmayıb.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bunu “Radio New Zealand” stansiyasının efirində ölkənin baş sanitar həkimi Eşli Blumfild deyib.

Onun sözlərinə görə, son 7 həftə ərzində ilk dəfə koronavirusa yoluxma halı qeydə alınmayıb. Virusa yoluxanların ümumi sayı 1 487 nəfər səviyyəsində qalıb:

“Şübhəsiz ki, bu gün biz çox ümidverici rəqəmlər görürük. Ancaq bu yalnız bir gündür və biz yenə də nizam-intizamı qorumalı və irəliləməliyik”.

E.Blumfild qeyd edib ki, hazırkı dövrədək ölkədə koronavirusdan 20 nəfər ölüb, 1 276 nəfər isə sağalıb. Hazırda xəstəxanalarda 7 nəfər, ev şəraitində isə 184 nəfər müalicəsini davam etdirir.

Share