Afət Həsənova: Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə dövlət siyasətinin proritet istiqamətlərindən biridir

Afət Həsənova: Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə dövlət siyasətinin proritet istiqamətlərindən biridir

04.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə dövlət siyasətinin proritet istiqamətlərindən biridir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev yeni Baş prokuror Kamran Əliyevi qəbul edərkən ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin prioritet istiqamətlərini bir daha diqqətə çatdırdı və korrupsiya cinayətinə yol verən heç kimin cəzasız qalmayacağını vurğuladı.

A.Həsənova bildirib ki, Azərbaycanın müstəqillik illərində korrupsiyaya qarşı mübarizə sahəsində həm qanunvericilik, həm də müvafiq dövlət strukturlarının yaradılması, kadr potensialının gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilib.

Deputat bildirib ki, ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə müstəqil Azərbaycan dövlətinin prezidenti seçildikdən sonra həyata keçirilən islahatların mühüm tərkib hissələrindən biri də korrupsiya və rüşvətxorluğa qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq standartlarına uyğunlaşdırılması olmuşdur.

Share