Azərbaycanda kompüter insidentləri artıb
04.05.2020“Hakimiyyet.com” xəbər verir ki,
2020-ci ilin aprelində Azərbaycanda kompüter insidentləri əvvəlki ayla müqayisədə 70 faizdən çox artıb.
Trend bu barədə Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinə istinadən məlumat verir.
Məlumata əsasən, aprel ayında Mərkəzə daxil olan müraciətlərin 97 faizinə baxılıb. Bundan başqa, ötən ay dövlət orqanları tərəfindən 4 domen və 19 subdomen qeydiyyata alınıb.
Yanvar-aprel aylarında bloklanmış URL-ünvanların sayı 9,5 min təşkil edib.
Mərkəz tərəfindən informasiya təhlükəsizliyi ilə bağlı 18 audit keçirilib və hesabatlar müvafiq orqanlara təqdim edilib.











