Böyük çağırış və liderin xilaskarlıq missiyası

Böyük çağırış və liderin xilaskarlıq missiyası

04.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Prezident İlham Əliyevin koronavirusla mübarizəyə strateji baxışı bir uğur hekayəsidir.

Təxminən yüz gündür ki, dünya gözəgörünməz düşmənlə – koronavirusla “ölüm, ya olum” savaşı aparır. Ciddi və sərt təcrid tədbirləri görülür. Sərhədlər bağlanıb. Təyyarələr uçmur. Qatarlar hərəkət etmir. Məktəblərdə dərslər dayandırılıb. Bütün kütləvi tədbirlər və idman yarışları ləğv edilib. İzdihamlı küçə və meydanlar, park və xiyabanlar səssizliyə bürünüb. Planetin 7 milyard əhalisinin yarısı – təxminən 4 milyard insan evə qapanıb.

Bununla belə, virusa yoluxanların, həyatını itirənlərin sayı günbəgün artır. Saatbasaat dəyişən rəqəmlər insanlığın üzləşdiyi böyük çağırışdan, milyonların faciəsindən xəbər verir. İtkilər fərqlidir – hər qitəyə, hər ölkəyə, hətta hər şəhərə görə dəyişir. Rəqəmlərin müqayisəsi ölkələr üzrə virusla mübarizənin səmərəliliyini ortaya qoyur. Azərbaycanın adı nümunəvi ölkələr sırasında çəkilir.

Prezident İlham Əliyevin uzaqgörənliyinin nəticəsi olaraq vaxtında qəbul edilən düzgün qərarlar itkiləri minimuma endirməyə imkan yaradıb. Dövlət əhalinin ən müxtəlif təbəqələrinə maksimum sosial dəstək göstərir. Təsadüfi deyil ki, Azərbaycan koronavirusa qarşı mübarizə tədbirlərinin effektivliyi ilə seçilən ölkələr sırasında yer alıb.

Söhbətimiz dünyanı sarsıdan COVID-19 barədə, Azərbaycan Prezidentinin və dövlətimizin pandemiyaya qarşı mübarizə strategiyası, həmçinin yaşadığımız çətin günlərin bu və digər mühüm məqamları haqqındadır.

Share