Kamaləddin Qafarov: Postneft dövrünün uğuru hüquq mühafizə sistemi üzrə islahatların effektivliyindən çox asılıdır
04.05.2020“Hakimiyyet.com” xəbər verir ki,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən irəli sürdüyü fikir və tövsiyələr həm postneft dövrünün xarakteristikasının dəqiq müəyyən edilməsi, islahatların labüdlüyü vəbu şəraitdə hüquq mühafizə orqanlarında genişmiqyaslı struktur dəyişikliklərinin aparılması üçün strateji istiqamət kimi dəyərləndirilməlidir.
Bunu Trend-ə açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov bildirib.
Millət vəkilinin fikrincə, ölkəmizin başçısı tamamilə düzgün olaraq qeyd edib ki, hazırda-postneft dövründə həyata keçirilən islahatlar birinci növbədə əhalinin sosial rifahının, hər bir Azərbaycan vətəndaşının gündəlik həyatının yaxşılaşmasına xidmət edir:
“Məlum olduğu kimi, ölkə Prezidenti hələ bir neçə il bundan əvvəl bəyan edib ki, biz postneft dövrünə hazırlaşmalıyıq və bu gün, əslində, postneft dövrü ilə artıq üzbəüzük. Dünyanın neft bazarlarında pandemiya ilə bağlı müşahidə olunan iqtisadi böhran, neftlə zəngin olan bütün ölkələrin gəlirlərinə mənfi təsir göstərib. Ona görə də müasir mərhələdə ölkəmizdə ən prioritet məqsəd qeyri-neft sektorunun dinamik inkişafıdır və bu seqmentdə reallaşdırılan iqtisadi islahatlar nəticəsində postneft dövrünün uğuru təmin edilə bilər”.
K.Qafarov bildirib ki, dövlətimizin başçısı digər sahələrdə həyata keçirilən islahatların prokurorluq orqanlarında da aparılmasını çox zəruri hesab etmiş və bununla bağlı sözügedən strukturların qarşısında yaxın gələcək üçün konkret vəzifələr qoyub:










