Gəncədə evlərdən və avtomobildən oğurluq edən şəxs saxlanıldı

Gəncədə evlərdən və avtomobildən oğurluq edən şəxs saxlanıldı

04.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Gəncə şəhərində oğurluq etməkdə şübhəli bilinən şəxs aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 4 evdən pul, mobil telefon və qab-qacaq, “VAZ-2105” markalı avtomobildən mobil telefon, 5 həyətdən isə su mühərrikləri oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş T.Atakişiyev saxlanılıb.

Share