"Bu ərəfədə ən çox söyülən müğənnilər oldu" – İzzət
04.05.2020“Hakimiyyet.com” xəbər verir ki,
Axşm.az xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov “Söhbət var” verilişində deyib. Sənətçi sosial şəbəkədə ifaçıların ünvanına yazılan tənqidlərdən bəhs edib:
“Yanvar-fevralda hər müğənininin iki-üç toyu olub. Martın 14-dən sonra işləmirik. İndi də Ramazan ayıdır. Məsləhət olsa, icazə verilsə, ayın 24-dən sonra toy ediləcək. Toy olsa da iki ay çəkəcək və yenə Məhərrəmlik ayı girəcək. Müğənnilər çox qınanılır.
İnsanların yanında olan, onlara dəstək duran, qapı-qapı gəzən ən çox müğənnilər oldu. Söyülən də, təhqir olunan da müğənni idi. Kim əsəbiləşirsə, girir müğənnini sosial şəbəkədə söyür, acığını çıxır. Bizə 3-5 min mesaj gəlir ki, yardım edin. Bizim o gücümüz yoxdur. Ən çox 200-300 adama kömək edə bilərik”.










