Azərbaycanlı aktyora Milli Məclisdə vəzifə verildi
04.05.2020“Hakimiyyet.com” xəbər verir ki,
Milli Məclisdə (MM) kadr islahatları davam edir.
Axşam.az “BakuPost”a istinadən xəbər verir ki, MM Aparatının Beynəlxalq əlaqələr şöbəsinə yeni sektor müdiri təyin olunub. Bu vəzifəyə İlqar Nəbiyev layiq görülüb.
Qeyd edək ki, İlqar Nəbiyev gənc yaşlarından “Şən və Hazırcavablar” klubunda “Bakılı Oğlanlar” komandasında çıxış etməyə başlayıb. 2001-ci ildən Tahir İmanovun yaratdığı “Planet Parni iz Baku” KVN teatrında da iştirak edib. “İqra” Yaradıcılıq Birliyinin rəhbəridir.











