"France Football" Çempionlar Liqası tarixindəki ən gözəl qolu açıqladı (VİDEO)

"France Football" Çempionlar Liqası tarixindəki ən gözəl qolu açıqladı (VİDEO)

04.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“France Footbal” nəşri Çempionlar Liqası tarixindəki ən gözəl 50 qoldan ibarət reytinq hazırlayıb.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, reytinqin ilk pilləsində Zinəddin Zidanın 2002-ci ildə Çempionlar Liqasının final qarşılaşmasının 45-ci dəqiqəsində “Real”ın heyətində Almaniyanın “Bayer” klubuna vurduğu qol qərarlaşıb.

Reytinqdə ikinci yeri “Fieorentina”nın oyunçusu Mauro Bressanın 1999/00 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində “Barselona”ya vurduğu qol tutub.

İlk üçlüyün son pilləsində 2017/18 mövsümündə Çempionlar Liqasının 1/4 final mərhələsində Kriştiano Ronaldonun “Yuventus”a vurduğu qol qərarlaşıb.

Share