Tural Gəncəliyev: Ermənistan rəhbərliyi ard-arda heç bir əsası olmayan açıqlamalar səsləndirir

Tural Gəncəliyev: Ermənistan rəhbərliyi ard-arda heç bir əsası olmayan açıqlamalar səsləndirir

04.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Son günlər işğalçı Ermənistanın siyasi dairələrində aktiv şəkildə müzakirə edilən mövzu Qorçakov Fondunun təşkil etdiyi onlayn müzakirələr zamanı Rusiya Federasiyasının Xarici işlər naziri Serqey Lavrovun Ermənistan – Azərbaycan münaqişəsinin mərhələli həllinə dair cari vəziyyət barəsindəki açıqlamasıdır. Bununla bağlı, Ermənistan rəhbərliyi və Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsindəki qanunsuz rejimin “nümayəndələri” tərəfindən ard-arda heç bir əsası olmayan açıqlamalar səsləndirilir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev bildirib.

T.Gəncəliyevin açıqlamasında deyilir:

“Mən, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin hüquqi əsaslarla seçilən nümayəndəsi olaraq bildirirəm ki, belə fikirlər tam əhəmiyyətsizdir və işğal faktını ört-basdır etmək məqsədlərinə xidmət edir. Qeyd etmək istəyirəm ki, münaqişə istənilən halda Azərbaycan Respublikasının Konstitusiyasının 11-ci maddəsinə uyğun şəkildə nizamlanacaq. Həmin maddədə isə aydın şəkildə bildirilir ki, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.

Ermənistan və onun işğal olunmuş Azərbaycan ərazilərindəki əlaltıları çox şey danışa bilərlər, amma beynəlxalq ictimaiyyətin rəyi Ermənistan-Azərbaycan münaqişəsinin həllində müstəsna əhəmiyyət kəsb etməkdədir və dünya birliyi Ermənistanın işğalçılıq siyasətinə qarşı ədalətli və sərt mövqe tutub. Bu mövqe istər BMT Təhlükəsizlik Şurasının qətnamələrində, istər çox saylı beynəlxalq təşkilatların qərarlarında, istərsə də, çox qısa müddət öncə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın təşkil etdiyi qondarma “seçkilərə” dünya ictimaiyyətinin kəskin reaksiyasında bir daha öz təsdiqini tapıb. Ermənistan Azərbaycan ərazilərinin işğalı səbəbindən beynəlxalq arenada tək qalmaqdadır.

Share