ÜST-ün Baş direktoru: Azərbaycan hökumətinə bizə 5 milyon ABŞ dolları həcmində maliyyə dəstəyinə görə təşəkkürümü bildirirəm
04.05.2020“Hakimiyyet.com” xəbər verir ki,
Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşündə çıxışı zamanı deyib.
Tedros A. Qebreyesus bildirib: “Məni bu tədbirə dəvət etdiyinə və Qoşulmama Hərəkatının Təmas Qrupu qarşısında çıxış etmək imkanı yaratdığına görə Zati-aliləri cənab İlham Əliyevə təşəkkürümü bildirirəm.
Biz Ümumdünya Səhiyyə Təşkilatına Sizin verdiyiniz dəstəyi yüksək dəyərləndiririk. Mən, həmçinin fürsətdən istifadə edərək Azərbaycan xalqına, Azərbaycan hökumətinə bizə 5 milyon ABŞ dolları həcmində maliyyə dəstəyinə görə təşəkkürümü bildirirəm. Fürsətdən istifadə edərək Zati-alinizə təşəkkürümü bildirirəm ki, Siz təşkilatımıza əlavə olaraq 5 milyon ABŞ dolları həcmində yardım göstərmisiniz.
Mən məmnunluq hissi ilə bildirmək istəyirəm ki, Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına və onun üzv dövlətlərinə COVID-19 xəstəliyinə qarşı apardıqları mübarizədə onlara dəstək verir. Mən bilirəm ki, bu il Bandunq Prinsiplərinin 65 illiyi qeyd olunur. Biz bilirik, əməkdaşlıq bizim üçün çox vacibdir ki, ölkələr cavab tədbirlərini həyata keçirə bilsin, COVID-19 xəstəliyinə qarşı mübarizə aparılsın və bu kimi digər fövqəladə halları aradan qaldırsın.
Tamamilə aydındır ki, heç bir ölkə öz ölçüsündən, resurslarından, pul imkanlarından asılı olmayaraq, pandemiyaya qarşı təkbaşına mübarizə apara bilməz. Biz həmrəy olmalıyıq, bütün siyasi sərhədləri aşaraq heç zaman görünmədiyi qədər bu mühüm işləri aparmalıyıq. Çünki virus özlüyündə iki əsas meyarın bir kombinasiyasıdır. O, sürətlə yayılır və o qatildir. Buna görə bizə qlobal həmrəylik və birlik lazımdır. Bu baxımdan, biz virusu önləməliyik, ondan öndə getməliyik.











