Antonio Quterreş: COVID-19-a səmərəli cavab tədbirlərinin hər kəs üçün əlçatan olmasını və bərabərliyi təmin etməliyik
04.05.2020“Hakimiyyet.com” xəbər verir ki,
COVID-19-a səmərəli cavab tədbirlərinin hər kəs üçün əlçatan olmasını və bərabərliyi təmin etməliyik.
Trend-in məlumatına görə, bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin videomüraciətində deyilir.
Baş katib videomüraciəti zamanı qeyd edib:
“Bu görüşü təşkil etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürümü bildirirəm.
Cəmiyyətlərimiz ağır sınaqdan keçməkdədir. COVID-19 bütün dünyada milyardlarla insana ciddi iztirablar verərək və qlobal iqtisadiyyatı pozaraq, onların həyatlarında təşviş yaradıb. O, cəmiyyətlərimiz və iqtisadiyyatlarımızın sarsıntı qarşısında kövrəkliyini açıq nümayiş etdirdi və Dayanıqlı İnkişaf Məqsədlərinin icrasını təhdid edərək, dərin qeyri-bərabərliyi bütün çılpaqlığı ilə üzə çıxardı. Burada yeganə cavab cəsarətli, uzaqgörən və əməkdaşlığa əsaslanan rəhbərlik keyfiyyətləridir. Bu böhranın miqyası və mürəkkəbliyi əlaqələndirilmiş qlobal cavab tədbirlərini tələb edir.











