“COVID-19 bütün ölkələr üçün bir xəbərdarlıqdır”

“COVID-19 bütün ölkələr üçün bir xəbərdarlıqdır”

05.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) maliyyə yardımını dayandırmaq kimi məsuliyyətsiz və tələsik addımı bu ölkənin daha bir strateji səhvidir”.

APA-nın xəbərinə görə, bunu İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə videokonfrans vasitəsilə keçirilən Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü zamanı deyib.

H. Ruhani ABŞ-ın addımlarını insan haqlarına zidd adlandırıb. 

İran Prezidenti qeyd edib ki, koronavirusla mübarizə təcrübəsi pandemiyanın milliyyətindən və irqindən asılı olmayaraq, bütün ölkələri təhdid etdiyini göstərib.

O vurğulayıb ki, bu, bütün ölkələr üçün bir xəbərdarlıqdır.

Share