Nikolay Baskovun 17 milyonluq mənzili – Fotolar
05.05.2020“Hakimiyyet.com” xəbər verir ki,
Rusiyalı müğənni Nikolay Baskov Moskvadakı mənzili ilə gündəmə gəlib.
Preçistenski səmtində yerləşən evi ona tanınmış milyarderlərdən biri hədiyyə edib.
300 kvadrat metr sahəsi olan mənzilin dəyəri 750 milyon rubldur (təxminən 17 milyon 25 min manatdır).
Tez-tez xarici ölkələrə səfər edən müğənni mənzildə vaxt keçirə bilmədiyinə görə onu hazırda kirayəyə verir. Evin bir günlük icarə haqqı 370 – 520 min rubl arasında dəyişir (təxminən 8 min 400 – 11 min 800 manat).
















