Vüsal Kərimli Hesablama Palatasının BNA ilə bağlı Baş Prokurorluğa müraciət etməsinə münasibət bildirib

Vüsal Kərimli Hesablama Palatasının BNA ilə bağlı Baş Prokurorluğa müraciət etməsinə münasibət bildirib

05.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Hesablama Palatasının 2019-cu ildə BNA-da audit zamanı dövlət satınalmaları ilə bağlı aşkarlanan hallarla əlaqədar korrupsiyaya yol verilməsi ittihamı ilə materialların prokurorluğa göndərilməsi məsələsinə münasibət bildirib.

Vüsal Kərimli APA-ya açıqlamasında bildirib ki, bu məsələyə Baş Prokurorluqda baxılıb və əsassız sayılıb.

“Hesablama Palatası tərəfindən Baş Prokurorluğa müraciət olunub. Baş Prokurorluq əsası olmadığından işi geri çevirib”, – V.Kərimli belə deyib.

Share