“Pulitser” mükafatının qalibləri bəlli olub

“Pulitser” mükafatının qalibləri bəlli olub

05.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

2020-ci il üçün “Pulitser” mükafatının qalibləri müəyyənləşib.

APA-nın xəbrinə görə, mükafat 21 kateqoriya üzrə təqdim olunub.

Builki mükafatın qalibləri aşağıdakılardır:

İctimai Xidmət –  “Anchorage” gündəlik xəbərlər (“ProPublica” xəbər
istehsalçının töhfələri)

Son dəqiqə xəbərçiliyi – “The Courier-Journal”ın heyəti

Araşdırma jurnalistlik – “New York Times”ın əməkdaşı Brayn Rosental

Açıqlayıcı jurnalistlik – “Washington Post”un heyəti

Yerli xəbərçilik – “Baltimore Sun”ın heyəti

Milli xəbərçilik – “Seattle Times”ın əməkdaşları Dominik Qeyt, Stiv Miletiç, Mayk Beykr və Levis Kamb, “ProPublica”nın əməkdaşları Kristian Miller Meqan Rouz və Robert Fatureçi

Beynəlxalq xəbərçilik – “New York Times”ın heyəti

Yazı – “The New Yorker”in əməkdaşı Ben Taub

Şərh – “New York Times”dan Nikol Hanna-Cons

Tənqid – “The Los Angeles Times”dan Kristofer Nayt

Baş məqalə – “The Palestine Herald Press”in əməkdaşı Cefri Gerritt

Karikaturaçılıq – “The New Yorker”in yazarı Bari Blitt

Son dəqiqə xəbər fotosu – “Reuters”in fotoqraf heyəti

Fotoqrafiyaçılıq – “Associated Press”dən Çanni Anand, Muxtar Xan və Dar Yasin

Dram Kitablar və Musiqi kateqoriyaları üzrə “Pulitser” mükafatının builki qalibləri aşağıdakılardır:

Dram – Maykl Caksonun “Qəribə döngə” (“A Strange Loop”) əsəri

Tarix – Keylb MakDanielin “Azadlığın şirin dadı: Amerikadakı əsarət və köləliyin gerçək bir hekayəsi” (“Sweet Taste of Liberty: A True Story of Slavery and Restitution in America” (Oxford University Press)

Avtobioqrafiya – Bencamin Mozerin “Sontaq: Onun həyatı və işi” (Sontag: Her life and her work”) əsəri

Uydurma – Kolson Uaythedin “Nikkel oğlanlar” (“The Nickel Boys”)

Şeir – Ceriko Braunun “Ənənə” (“The Tradition”) əsəri

Uydurma olmayan ümumi əsər – Qreq Qrandinin “Mifin sonu: Amerikanın ağlındakı sərhəddən sərhəd divarına qədər” (” The End of the Myth: From the Frontier to the Border Wall in the Mind of America”) və Anne Boyerin “Ölməzlik: Ağrı, Zəiflik, Ölüm, Tibb, İncəsənət, Vaxt, Xəyallar, Məlumat, Tükənmək, Xərçəng və Qayğı” əsəri

Musiqi – Antoni Devis “Mərkəzi Park Beş” (“The Central Park Five” musiqisi).

Share