Bakıda mağazanın damı yanıb
05.05.2020“Hakimiyyet.com” xəbər verir ki,
Bakı şəhərinin Binəqədi rayonunda yanğın baş verib.
APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı ümumi sahəsi 60 m² olan mağazanın ondulindən ibarət dam örtüyü və lambirindən ibarət tavanı yanıb. Mağazanın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.










