“Brent” neftinin qiyməti 29 dolları keçib
05.05.2020“Hakimiyyet.com” xəbər verir ki,
“Brent” markalı neftin bahalaşması davam edir. Qiymət artımı 7%-dən çox olub.
“APA-Economics”in məlumatına görə, Bakı vaxtı ilə saat 11:55-də “Brent” markalı neftin bir bareli üçün iyul fyuçerslərinin 7,24% artaraq 29,17 ABŞ dollarına bərabər olub.
WTI markalı neftin iyun fyuçerslərinin qiyməti isə 10,59% artaraq 22,55 dollar təşkil edib.











