İran parlamenti ölkədə yeni bir valyutanın – tomanın tətbiqini təsdiqləyib.
KONKRET.az xəbər verir ki, bu barədə yerli Mehr Xəbər Agentliyi məlumat yayıb.
Köhnə pul rial iki il ərzində dövriyyədən çıxarılacaq.
Bir tomanın dəyəri on min riala uyğun olacaq.
Yeni valyutanın xarici valyutalara olan məzənnəsi İranın mərkəzi bankı tərəfindən tənzimlənəcək.
Mənbə bildirir ki, ölkədə 8 milyard əskinas dövriyyədədir, bu da yeni pulların çapı üçün yüksək xərclərə səbəb olur.
Babək Göyüş
KONKRET.az











