Bu il Kliniki Tibbi Mərkəzə dəm qazından zəhərlənmə ilə 116 nəfər qəbul olunub
05.05.2020“Hakimiyyet.com” xəbər verir ki,
“Bu ilin 4 ayında dəm qazından zəhərlənmə ilə bağlı Kliniki Tibbi Mərkəzə 116 nəfər qəbul olunub”.
Bunu APA-ya açıqlamasında Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Baş toksikoloq Azər Maqsudov deyib. O bildirib ki, zəhərlənənlərin 70 faizi kişi, 30 faizi qadın olub:
“Dəm qazından zəhərlənənlər arasında 4 uşaq olub. 4 ayda qazdan zəhərlənmə ilə bağlı ölüm halı qeydə alınmayıb”, – deyə o əlavə edib.











