Bu il 62 nəfər dərmandan zəhərlənib

Bu il 62 nəfər dərmandan zəhərlənib

05.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bu ilin 4 ayında dərmandan zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzə 62 nəfər qəbul olunub”. 

Bunu APA-ya açıqlamasında Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Baş toksikoloq Azər Maqsudov deyib. O bildirib ki, zəhərlənənlərin 60 faizi kişi, 40 faizi qadın olub. Onun sözlərinə görə, zəhərlənənlər arasında 3 uşaq olub: “Dərmanla zəhərlənmədə ölüm olmayıb. Dərman əlavələrinin təsirindən isə 31 nəfər zəhərlənib”.

 

Share