İranda qeydə alınan koronavirus infeksiyası hallarının sayı 100 minə yaxındır.
KONKRET.az xəbər verir ki, bu haqda məlumatı İran Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kianuş Cahanpur yayıb.
“Xəstəliklərin sayı 100 minə yaxınlaşdı. Ötən gün ərzində ölkə daxilində 1323 yeni koronavirus infeksiyası aşkar edildi. Bu məlumatlara əsasən, yoluxanların sayı 99 970-ə yüksəldi”. O, IRINN telekanalının efirində belə deyib.
Onun sözlərinə görə, cəmi 80 475 nəfər sağalıb. Bununla yanaşı, o, əlavə edib ki, son 24 saat ərzində 63 nəfər ölüb, qurbanların ümumi sayı 6340 nəfərə çatıb.
Babək Göyüş
KONKRET.az











