Gəncədə naməlum kişi yük maşınının altında qalaraq ölüb
05.05.2020“Hakimiyyet.com” xəbər verir ki,
Gəncədə bədbəxt hadisə baş verib.
APA-nın məlumatına görə, hadisə şəhərin Gülçülük adlanan ərazidə qeydə alınıb.
“Ford” markalı yük maşını arxaya hərəkət edən zaman 45-55 yaşlı kişi avtomobilin altında qalaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Sail Ağasəlim











