Gürcüstanda torpaq sürüşməsi olub, itkin düşənlər var
05.05.2020“Hakimiyyet.com” xəbər verir ki,
Gürcüstanda Pşaveli-Abano-Omalo yolunun 36-cı kilometrində torpaq sürüşməsi baş verib.
APA-nın yerli bürosunun “IntrePressNews”a istinadən verdiyi xəbərə görə, sürüşmə nəticəsində bir neçə nəfər uçmuş torpaq kütləsinin altında qalıb.
Onlardan birinin xilas edildiyi, digərlərinin axtarışının isə davam etdirildiyi bildirilib.
Hadisə yerinə xilasedicilər cəlb edilib.











