İlon Mask yeni doğulan övladına ilginc ad verdi – FOTOLAR

İlon Mask yeni doğulan övladına ilginc ad verdi – FOTOLAR

05.05.2020 Off By admin

“Tesla”, “SpaceX” və “Solarcity” şirkətlərinin qurucusu, məşhur mühəndis və iş adamı İlon Mask yeni doğulmuş övladına qəribə ad qoyub.

KONKRET.az məlumat verir ki, Mask tvitter hesabında izləyicilərinin istəyinə əsasən körpəsinin adını açıqlayıb.

6-cı dəfə ata olan biznesmen körpəsinə “X Æ A-12 Musk” adını qoyduğunu bildirib.

Adın mənaya gəldiyi və necə tələffüz olunduğu barədə heç bir məlumat verməyib.

Qeyd edək ki, Maskın 6-cı övladı ikinci həyat yoldaşı olan məşhur müğənni Qraymsdandır.

Share