ABŞ Yuta ştatının gənc sakini, soruşmadan valideynlərinin avtomobilinin açarlarını götürüb, sükan arxasına oturub və Kaliforniyadakı bacısının yanına gedib. Beş yaşlı sürücüsü olan bir avtomobil polis tərəfindən dayandırılıb. Uşaq magistral yolda bir neçə kilometr sürməyi bacarıb.
xəbər verir ki, bu haqda məlumatı CBS News telekanalı yayıb.
Mənbə bildirir ki, qəribə bir traektoriya ilə irəliləyən Dodge Journey avtomobili yol polisi əməkdaşı Rick Morganın diqqətini çəkib.
O, sürücünün xəstələndiyini və həkimlərin köməyinə ehtiyacı olduğunu düşünüb.
Polis xəbərdarlıq işıqlarını yandırıb, amma maşın dayanmayıb. Sonra Morgan “Dodge”ni sirenlə qovmağa başlayıb, nəticədə sürücü maşını saxlayıb.
Sükan arxasında özünü Adrian adlandıran beş yaşlı bir oğlan olub. Başqa bir ştatda olan bacısının yanına getdiyini söyləyib.
One of our Troopers in Weber Co. initiated a traffic stop on what he thought was an impaired driver. Turns out it was this young man, age 5, somehow made his way up onto the freeway in his parents’ car. Made it from 17th and Lincoln in Ogden down to the 25th St off-ramp SB I-15. pic.twitter.com/3aF1g22jRB
— Utah Highway Patrol (@UTHighwayPatrol) May 4, 2020
Morgan dərhal uşağın valideynlərinə zəng edib.
Məlum olub ki, Adrian atası və anası işdə olarkən avtomobili oğurlayıb. Ona baxan bacısı isə evdə yatırmış.
Uşağın valideynləri uşağı heç vaxt sükan arxasına qoymadıqlarını və ona sürməyi öyrətmədiklərini deyiblər. Və nəqliyyat vasitəsini necə işə salmağı və bir neçə kilometrə qədər sürməyi bacardığını bilmirlər.











