Mütləq Döyüş Çempionatının (UFC) çempionu Həbibin atası, məşqçi Abdulmanap Nurməhəmmədov Moskvadakı xəstəxanalardan birinə aparılıb.
xəbər verir ki, bunu ailə dostu, güləş üzrə Olimpiya kateqoriyasının hakimi Ubaidula Osmanov deyib.
Qeyd edib ki, bir neçə gün əvvəl Abdulmanap Nurməhəmmədov sağalmağa doğru gedib.
“Mayın 3-də yaxın qohumu mənə zəng etdi və Abdulmanapın qəfildən özünü pis hiss etdiyini və xüsusi bir təyyarə ilə Moskvaya aparıldığını bildirdi. Hesab edirəm ki, onun ürəyində problemlər var”. “RİA Dağıstan” Osmanovdan sitat gətirir.
Aprelin 25-də 57 yaşlı mütəxəssisin sətəlcəm şübhəsi ilə xəstəxanaya yerləşdirildiyi məlum olub.











