Ukrayna Prezidentinin xanımı Yelena Zelenskaya ölkə vətəndaşları ilə maneələrlə bağlı söhbətə başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Prezident Aparatının mətbuat xidməti məlumat yayıb.
“Karantin zamanı milyonlarla insan tam və ya qismən təcrid olunma təcrübəsi qazandı. Hamımız maneələri hiss etdik” deyib Yelena Zelenskaya.
O əlavə edib ki, yüz minlərlə ukraynalı daim hiss etdikləri maneələrin arxasında yaşayır.
Bildirilir ki, bu layihənin məqsədi ukraynalıların ən çox hansı maneələrlə qarşılaşdıqlarını başa düşməkdir. Bunun üçün bf.gov.ua saytında iki ay davam edəcək bir onlayn sorğu başlayıb.
Anketdə fiziki və psixoloji əngəllər, mədəni və yaş xüsusiyyətləri ilə əlaqəli maneələr ilə bağlı yeddi vacib sual var.
KONKRET.az











