Gəncədə yeniyetmə qız zəhərlənib

Gəncədə yeniyetmə qız zəhərlənib

11.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

 

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin İsgəndər Məmmədov küçəsində baş verib.

2004-cü il təvəllüdlü Cabbarlı Günay Coşqun qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yeniyetməyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, 16 yaşlı G.Cabbarlı sevgilisi ilə mübahisə etdikdən sonra sirkə turşusu içib.

Faktla bağlı araşdırma aparılır.

 

Share