Suraxanı rayonunda qəza nəticəsində qaz xətti zədələnib

Suraxanı rayonunda qəza nəticəsində qaz xətti zədələnib

11.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

 

Mayın 11-də axşam saatlarında Suraxanı rayonu Əmircan qəsəbəsində vətəndaş Xanlar Ələkbərova məxsus ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsi uçub. 

“Azəriqaz” İstehsalat Birliyindən APA-ya verilən məlumata görə, hadisə zamanı bir neçə qaz sayğacı və 76 mm diametrində qaz xətti zədələnib. 

Bildirilib ki, 13 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

 

Share