Bakıda minik avtomobili marşrut avtobusuna çırpılıb, bir nəfər xəsarət alıb
18.05.2020“Hakimiyyet.com” xəbər verir ki,
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın xəbərinə görə, hadisə paytaxtın Nizami rayonu, “Neftçilər” metrostansiyası yaxınlığında qeydə alınıb.
Yüksək sürətlə hərəkət edən “KİA” markalı avtomobil qəfildən idarəetməni itirərək 15 nömrəli marşrut avtobusuna çırpılıb.
Qəza zamanı avtomobilin sürücüsü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Sail Ağasəlim











