Türkiyədə 1615 nəfər koronavirusdan sağaldı – 31-i öldü
18.05.2020“Hakimiyyet.com” xəbər verir ki,
Türkiyədə yeni növ koronavirus (COVİD-19) aşkarlanan şəxslərin sayı 150 min 593 nəfərə çatıb.
bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O bildirib ki, son 24 saat ərzində ölkədə 31 nəfər koronaviruslu xəstə dünyasını dəyişib, 1158 nəfər isə infeksiyaya yoluxub.
Ümumilikdə ölkədə COVİD-19-dan vəfat edənlərin sayı isə 4171 nəfərə çatıb.
Türkiyədə bu gün koronavirusdan sağalanların sayı isə 1615 nəfər təşkil edir.











