Bakıda avtomobilin vurduğu piyada xəsarət alıb
18.05.2020“Hakimiyyet.com” xəbər verir ki,
Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, yol qəzası Novxanı qəsəbəsi ərazisində baş verib.
2007-ci il təvəllüdlü Fərzəliyev Elçin Rəfael oğlu sürət həddi yüksək olan yoldan keçərkən onu minik avtomobili vurub.
Xəsarət alan piyada ağır vəziyyətdə 1 saylı Xəstəxanaya yerləşdirilib.











