Cənubi Sudanın vitse-prezidenti koronavirusa yoluxub
19.05.2020“Hakimiyyet.com” xəbər verir ki,
Cənubi Sudanın Birinci vitse-prezidenti Riek Maşar və onun xanımı yeni növ koronavirusa yoluxub.
APA xəbər verir ki, bu barədə “Reuters” siyasi xadimin kabinetinə istinadən məlumat yayıb.
Açıqlamada bildirilir ki, vitse-prezidentin ofisinin bir neçə əməkdaşı və mühafizəçilərində də koronavirus aşkar olunub.
Hazırda Cənubi Sudanda ümumilikdə 194 virusa yoluxma faktı aşkarlanıb. Mayın 14-də isə virusdan ilk ölüm faktı qeydə alınıb.











