Sumqayıtda intihar etmək istəyən qadın xilas edilib

Sumqayıtda intihar etmək istəyən qadın xilas edilib

22.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

  

Sumqayıtda intihara cəhd hadisəsi qeydə alınıb. 

APA-nın yerli bürosunun məlumatına görə, şəhərin 6-cı mikrorayonunda hündürmərtəbəli binanın 11-ci mərtəbəsinin eyvanına çıxan, təxminən 20-25 yaşlarında olan qadın özünü atmaq istəyib. 

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və ərazidə zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.   

Xilasedicilər vətəndaşın özünə sui-qəsd etmək istəyinin qarşısını alıblar.

Share