Qazaxda yaşayış evində yanğın olub

Qazaxda yaşayış evində yanğın olub

25.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Fövqəladə Hallar Nazirliyi Qazaxda baş verən yanğınla bağlı məlumat yayıb.

APA nazirliyə istinadən xəbər verir ki, Qazax rayonunda, ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində, ümumi sahəsi 24 m² mənzilin qarşısına artırılan aynabəndin yanar konstruksiyaları 12 m² sahədə yanıb. Mənzil yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

17:49

Qazaxda yaşayış evində yanğın baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Bakı küçəsində qeydə alınıb. Belə ki, rayon sakini, 1993-cü il təvəllüdlü Poladov Elşən Viktor oğluna məxsus 36 kv metrlik mənzildə yanğın olub. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı mənzilin 15 kv metrə yaxın hissəsi əşiyaları ilə birlikdə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Share