Türkiyədə 1321 nəfər koronavirusdan sağaldı – 29-u öldü
25.05.2020“Hakimiyyet.com” xəbər verir ki,
Türkiyədə yeni növ koronavirus (COVİD-19) aşkarlanan şəxslərin sayı 157 min 814 nəfərə çatıb.
bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O bildirib ki, son 24 saat ərzində ölkədə 29 nəfər koronaviruslu xəstə dünyasını dəyişib, 987 nəfər isə infeksiyaya yoluxub.
Ümumilikdə ölkədə COVİD-19-dan vəfat edənlərin sayı isə 4369 nəfərə çatıb.
Türkiyədə bu gün koronavirusdan sağalanların sayı isə 1321 nəfər təşkil edir.











