Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi vəfat edib

Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi vəfat edib

26.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi, ordu generalı İsmayıl Hakkı Karadayı vəfat edib.

APA-nın CNN TÜRK-ə istinadən verdiyi məlumata görə, İsmayıl Hakkı Karadayı 88 yaşında İstanbulda yerləşən xəstəxanalardan birində dünyasını dəyişib.

O bir neçə gün əvvəl yüksək hərarətlə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, İsmayıl Hakkı Karadayı 1994-1998-ci illərdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olub.

Share