Ukrayna hökuməti ölkədə futbol matçlarının bərpasına icazə verib
27.05.2020Ukraynanın Səhiyyə Nazirliyi mayın 30-dan Premyer-Liqanın və ölkə kuboku oyunlarının keçirilməsinə icazə verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko özünün “Facebook” səhifəsində bildirib.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən futbol üzrə Ukrayna çempionatı martın ortalarında dayandırılıb.
Oyun zamanı stadionda olacaq insanların sayını artırmaq ehtimal edilir.











