Bakıda bağlı qapı arxasında 81 yaşlı kişinin meyiti aşkarlanıb

Bakıda bağlı qapı arxasında 81 yaşlı kişinin meyiti aşkarlanıb

27.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bakının Nərimanov rayonunda mənzildə meyit aşkar olunub.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə məlumat “112” qaynar telefon xəttinə daxil olub.

Məlumata əsasən, Nərimanov rayonunda bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1939-cu il təvəllüdlü Karl Ryumin Aleksandroviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Share