Cəlilabadda yol-nəqliyyat hadisəsində xəsarət alan sürücülərin kimliyi məlum olub

Cəlilabadda yol-nəqliyyat hadisəsində xəsarət alan sürücülərin kimliyi məlum olub

27.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsində xəsarət alan sürücülərin kimliyi məlum olub. 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, 15-BJ-114 dövlət nömrə nişanlı “KamAZ” markalı avtomobilin sürücüsü Masallı rayon Gəyəçöl kənd sakini, 1994-cü il təvəllüdlü Müşviq Cəmşid oğlu Almaslı, 99-LH-520 dövlət nömrə nişanlı “İsuzu”nun sürücüsü, Lənkəran şəhər sakini, 1992-ci il təvəllüdlü Elvin Arzuman oğlu Əzimzadədir.

“İsuzu”nun sürücüsünün vəziyətinin ağır olduğu bildirilir.

***

20:37

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza hadisəsi köhnə Ələt-Astara magistral yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. 

“KamAZ” ilə “İsuzu” markalı yük avtomobilləri toqquşub. Nəticədə 3 nəfər – hər iki maşının sürücüləri və bir nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda yaralananların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Share