Səudiyyə Ərəbistanı Həcc ziyarətinə xaricdən ziyarətçi qəbul etməyəcək
22.06.2020“Hakimiyyet.com” xəbər verir ki,
Səudiyyə Ərəbistanı bu il xaricdən ziyarətçi qəbul etməyəcək.
APA-nın Anadolu Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, yeni növ koronovirusla (COVID-19) mübarizə tədbirləri ilə əlaqədar Səudiyyə Ərəbistanı Krallığının qərarına əsasən, yalnız ölkə daxilindən gələnlər üçün Həcc ziyarəti açıq olacaq.











