Xankəndi Dairə Seçki Komissiyasının keçmiş sədri Allahverdi Dolxanov vəfat edib
22.06.2020“Hakimiyyet.com” xəbər verir ki,
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Coğrafi ekologiya kafedrasının dosenti Allahverdi Dolxanov vəfat edib.
BDU-dan APA-ya verilən məlumata görə, iyunun 22-də 69 yaşında dünyasını dəyişən A.Dolxanov 1976-1981-ci illərdə Rostov vilayəti Novoçerkassk şəhərində Mühəndis Melioratorlar İnstitutunun Meşə təsərrüfatı fakültəsində təhsil alıb. 1987-1991-ci illərdə Moskva Ümumittifaq Elmi tədqiqat Meşə təsərrüfatı və Meşə mexanizasiya İnstitutunda “Genetika, seleksiya və yaşıllaşdırma” ixtisasında aspiranturada təhsil alıb. “Aqroekologiya”, “Regionların sosial-iqtisadi inkişafının ekoloji əsasları”, “Meşəçilik və meşə ekologiyası” fənlərini tədris edib.
2002-ci ildən BDU-da çalışan A.Dolxanov 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.
Qeyd edək ki, A.Dolxanov 2005-2011-ci illərdə Xankəndi seçki dairəsi dairə seçki kolmissiyasının sədri olub.











