Bütün Rusiya İrəvanlı Əhmədin qızından danışır!
23.06.2020Bir neçə gün öncə Rusiyanın paytaxtı Moskvada iki rus- ana və bala göldə batarkən xilas edilib.
Hakimiyyet.com xəbər verir ki, paytaxtın Lyublino rayonunda göl ətrafında öz övladı ilə gəzintidə olan azərbaycanlı xanım Elnurə Novruzova göldə ana-balanın batdığını görüb. O, övladını sahildə qoyaraq gölə tullanıb və onları xilas edib. Hadisənin iyunun16-da saat 18-00-da baş verdiyi deyilir.

Hazırda Moskva şəhərinin Lyublino rayon Administrasiyası prezident Vladimir Putinə təqdimat ünvanlayıb. Rayon sakinləri Elnurə Əhməd qızı Novruzovanın “Rusiya qəhrəmanı” adına layiq görülməsi məqsədilə Administrasiyanın önündə piket keçiriblər.
Qeyd edək ki, Elnurə Novruzova Ağcabədidən olan məşhur iş adamı İrəvanlı Əhmədin qızıdır.
Bir sıra mənbələr bildirib ki, Rusiya Prezidenti V. Putin Elnurə Novruzovanı bu igidliyinə görə qəbul edib təltif edəcək.











