“Beşiktaş” “Alanyaspor”un müdafiəçisini transfer edib

“Beşiktaş” “Alanyaspor”un müdafiəçisini transfer edib

23.06.2020 Off By admin

Türkiyənin “Beşiktaş” futbol klubu 2020-2021-ci il mövsümü üçün birinci transferini reallaşdırıb.

AZƏRTAC Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul təmsilçisi “Alanyaspor”un müdafiəçisi Fabris Nsakala ilə anlaşıb. Klubu ilə müqaviləsi mövsümün sonunda başa çatan 30 yaşlı müdafiəçi “Beşiktaş”la 3 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Fabris Nsakala “Alanyaspor”da 2016-cı ildən çıxış edib. Afrikalı müdafiəçi cari mövsümdə Alaniya təmsilçisinin heyətində keçirdiyi 25 oyunda iki məhsuldar ötürmə edib.

Share