KOB subyektləri arasında sorğu keçirilir
23.06.2020Bakı, 23 iyun, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlara müraciət edib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, koronavirus (COVID-19) pandemiyasının işgüzar fəallığa təsirinin öyrənilməsi və real sektorun monitorinqi məqsədilə sahibkarlıq subyektləri arasında sorğu keçirilir. Sorğunun keçirilməsində məqsəd ölkə iqtisadiyyatının sabitliyinin, davamlılığının və xarici təsirlərə dayanıqlılığının təmin edilməsi və iqtisadiyyatın inkişaf perspektivlərinin qorunmasıdır.
https://forms.gle/GP2KRdFafGxs91dZA linki vasitəsilə sorğuda iştirak etmək olar.
AZERTAG.AZ :KOB subyektləri arasında sorğu keçirilir
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin












