“Nyu-York Niks” hələ də məşqçi axtarışındadır

“Nyu-York Niks” hələ də məşqçi axtarışındadır

23.06.2020 Off By admin

“Leykers” basketbol klubunda köməkçi məşqçi vəzifəsində çalışan Ceyson Kidd “Nyu-York Niks”in baş məşqçisi təyin oluna bilər.

AZƏRTAC xəbər verir ki, klub rəhbərliyinin siyahısında olan 8-10 namizəd arasında Kiddin də adı var. Hazırda Frenk Foqelin köməkçisi kimi fəaliyyət göstərən Kidd buna qədər “Bruklin” və “Miluoki” komandalarını çalışıb. O, MBA tarixində ən çox assist edən oyunçular sırasında Con Stoktondan sonra ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ mətbuatı “Nyu-York Niks”in baş məşqçi postuna namizədlər arasında Mayk Braunun olduğunu da yazmışdı.

Share